← Səhifələr arxivi

BEYNƏLXALQ QUŞLARI MÜŞAHİDƏ GÜNÜ

Arxiv materialı: bu səhifə əvvəlki saytdan bərpa edilmişdir. Məlumatlar, əlaqələr və statistika bu gün üçün aktual olmaya bilər.

Arxiv tarixi: 2019-10-21

BEYNƏLXALQ QUŞLARI MÜŞAHİDƏ GÜNÜ 

Oktyabrın 6-sı Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları üzvlərimiz və həvəskarlarla birlikdə quşların müşahidəsi üçün təbiət qoynuna çıxdılar. Bu gün biz Qırmızı gölə və oradan da Dərin Özüllər zavoduna yollandıq.

Bizim ilə birlikdə bu ekspedisiyada Almaniyanın Azərbaycandakı səfiri Per Stankina və onun xanımı iştirak etdi.

Günün ikinci yarısında AOC-nin ofisində əməkdaşlarımız və üzvlərimizlə birlikdə "müzakirə saatı" keçirildi. Əsas məqsədimiz günün mövzusu və ən aktual problemlərini müzakirə edərək gənclərin fikirlərini öyrənmək idi.

Source: https://www.aos.az/az/archive/50-beyn-lxalq-qu-lari-m-ahid-g-n