← Səhifələr arxivi

ŞİRVAN MİLLİ PARKINA EKSKURSİYA

Arxiv materialı: bu səhifə əvvəlki saytdan bərpa edilmişdir. Məlumatlar, əlaqələr və statistika bu gün üçün aktual olmaya bilər.

Arxiv tarixi: 2019-09-16

ŞİRVAN MİLLİ PARKINA EKSKURSİYA 

ŞİRVAN MİLLİ PARKINA EKSKURSİYA

25 may 2008-ci ildə AOC-nin əməkdaşları Şirvan şəhərində məktəb müəllimləri və şagirdləri üçün Şirvan Milli Parkına ekskursiya təşkil etmişdilər.

Onlar ilk dəfə olaraq Milli Parkın ərazisi ilə tanış olmuş və müxtəlif müşahidə məntəqələrində olmuşdular. Onlar Şirvan Milli Parkında yerləşən Flaminqo gölü ilə də tanış olub, AOC-nin əməkdaşlarının köməyi ilə oradakı quşların təyinində və sayğısında yaxında iştirak etmişdilər. AOC-nin əməkdaşları ekskursiya iştirakçılarına AOC-nin yaranması, fəaliyyəti və keçirdiyi tədbirlər haqqında, həmçinin Şirvan Milli Parkı və buranın canlılar aləmi haqqında ətraflı məlumat vermişdir. Sonra isə şagirdlərlə müxtəlif ekoloji oyunlar oynayaraq, onların biloloji–ekoloji bilikləri və bacarıqları yoxlanıldı. Qaliblərə müxtəlif hədiyyələr verildi. Tədbirin bütün iştirakçılarına AOC-nin müxtəlif nəşirləri paylanıldı.

Şirvan Milli Parkına ilk dəfə ekskursiyaya çıxan şagirdlər və müəllimlər gözəl təəsüratlarla 
qayıtdılar.

Source: https://www.aos.az/az/archive/45-irvan-milli-parkina-ekskursiya